Ozon qatını məhv edən maddələr üzrə Monreal Protokolu (ing. The Montreal Protocol on Substances That Deplete the Ozone Layer) — ozon təbəqəsinin mühafizəsi üzrə 1985-ci il Vyana Konvensiyasının beynəlxalq protokolu, ozon təbəqəsini məhv edən bəzi kimyəvi maddələrin mərhələli şəkildə ləğv edilməsi yolu ilə ozon təbəqəsini qorumaq üçün nəzərdə tutulmuşdur. Protokol 16 sentyabr 1987-ci ildə imzalanmaq üçün hazırlanmış və 1 yanvar 1989-cu ildə qüvvəyə minmişdir. Bunun ardınca 1989-cu ilin mayında Helsinkidə ilk görüş keçirilir. O vaxtdan bəri protokola yeddi dəfə yenidən baxılıb: 1990-cı ildə (London), 1991-ci ildə (Nayrobi), 1992-ci ildə (Kopenhagen), 1993-cü ildə (Banqkok), 1995-ci ildə (Vyana), 1997-ci ildə (Monreal), 1999-cu ildə (Pekin) və 2016-ci ildə (Kiqali[1][2][3]). Əgər protokolu imzalayan ölkələr gələcəkdə də ona əməl etməyə davam edərlərsə, o zaman 2050-ci ilə qədər ozon təbəqəsinin bərpa olunacağına ümid etmək olar. BMT-nin Baş katibi (1997-2006) Kofi Annan deyib ki, “bəlkə də yeganə çox uğurlu beynəlxalq saziş Monreal protokolu sayıla bilər”[4][5].
SSRİ 1987-ci ildə Monreal protokolunu imzalamışdır. 1991-ci ildə Rusiya, Ukrayna və Belarus bu qərara varis olduqlarını təsdiq etmişlər[6].
2009-cu ilin dekabrına olan məlumata görə, BMT-yə üzv olan 196 ölkə Monreal Protokolunun orijinal variantını ratifikasiya edib. Bütün ölkələr hər sonrakı düzəlişləri ratifikasiya etməmişdir. Yalnız 191 ölkə Pekin düzəlişini imzalamışdır[7].